İndoneziyalı qonaqlar AzMİU-da (FOTO)


Digərləri 09 İyl 2019 16:05:25 50 0

İndoneziyalı qonaqlar AzMİU-da (FOTO)

İndoneziyanın Tarumaneqara Universitetinin Memarlıq fakültəsindən gələn böyük bir nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub, universitetin rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüblər.

Bakı. Bu gün İndoneziyanın Tarumaneqara Universitetinin Memarlıq fakültəsindən gələn böyük bir nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub, universitetin rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüblər. AzMİU-dan Trend-ə verilən məlumata görə, görüşdə İndoneziyanın ölkəmizdəki səfiri professor Hüsnan Bəy Fanani, AzMİU-nun prorektorları, Xarici əlaqələr şöbəsinin müdiri və əməkdaşları iştirak edib. Qonaqları salamlayan rektor onları universitetdə görməkdən məmnun olduğunu bildirib, universitetin tarixindən, fakültə və ixtisaslarından danışıb, beynəlxalq əlaqələrin genişləndirilməsi üçün görülən işlərdən söz açıb. Rektor iki universitet arasında əməkdaşlıq perspektivlərinə də toxunub, müxtəlif istiqamətlər üzrə qarşılıqlı maraq doğuran faydalı əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğulayıb. Rektorun çıxışından sonra AzMİU-nun Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev universitet haqqında tanıtım filmini təqdim edib. Nümayəndə heyətinin rəhbəri, Tarumaneqara Universitetinin professoru Haydir Ənvər Makarim təmsil etdiyi təhsil ocağının rəhbərliyi adından minnətdarlığını bildirib, görüşün çox məhsuldar keçdiyini və iki universitet arasında yaranan əməkdaşlığın hər iki tərəf üçün böyük fayda verəcəyinə əminliyini bildirib. Səfir H.B.Fənani də universitetlər arasında ikitərəfli əlaqələrin inkişafı üçün əlindən gələn köməklik edəcəyini vurğulayıb. Görüşdə iştirak edən digər qonaqlar da səfər təəssüratlarını paylaşıb, ölkəmiz, Bakı, memarlıq abidələri və s. haqqında maraqlı fikirlər səsləndiriblər.
NATO-nun ekspert qrupu Azərbaycanda səfərdədir like
  • 09 İyl 15:58  
Digərləri NATO-nun ekspert qrupu Azərbaycanda səfərdədir

Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun ekspert qrupu ilə xüsus

arrow Ətraflı
YARAT Müasir İncəsənət Mərkəzində iki sərgi təşkil olunacaq like
  • 09 İyl 15:57  
Digərləri YARAT Müasir İncəsənət Mərkəzində iki sərgi təşkil olunacaq

YARAT Müasir İncəsənət Mərkəzində 12 iyul -29 sentyabra kimi Taus Maxaç

arrow Ətraflı
Yerevan meriyasının qarşısına zibil paketləri atdılar like
  • 09 İyl 15:53  
Dünya Yerevan meriyasının qarşısına zibil paketləri atdılar

Yerevanda sakinlər şəhər meriyası qarşısında etiraz aksiyası keçirib.

arrow Ətraflı
İcra başçısının müavini 8 nəfərin öldüyü qəzadan danışdı like
  • 09 İyl 15:48  
Digərləri İcra başçısının müavini 8 nəfərin öldüyü qəzadan danışdı

Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Bakı-Astara yolunda yolunu

arrow Ətraflı
Avropada DƏRMAN əməliyyatı like
  • 09 İyl 15:44  
Dünya Avropada DƏRMAN əməliyyatı

İtaliya polisi "Europol"la birgə genişmiqyaslı antidopinq əməliy

arrow Ətraflı
Əmisi ilə eşq yaşayan Burcu boşandı like
  • 09 İyl 15:39  
Digərləri Əmisi ilə eşq yaşayan Burcu boşandı

Aparıcı Murad Başoğlu ilə qardaşı qızı Burcu Başoğlu 2 il əvvəl Bod

arrow Ətraflı
Evlərə basqın edən şəxsə hökm oxundu like
  • 09 İyl 15:35  
Kriminal Evlərə basqın edən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 22 ya

arrow Ətraflı
Dillər Universitetində Azərbaycan-Çin yay düşərgəsi fəaliyyətə başlayıb (FOTO) like
  • 09 İyl 15:33  
Digərləri Dillər Universitetində Azərbaycan-Çin yay düşərgəsi fəaliyyətə başlayıb (FOTO)

Konfutsi İnstitutunda Çin-Huzhou Universitetinin tələbələri üçün Azərb

arrow Ətraflı
Nazirlik yol idarəsini 20 min manat cərimələdi like
  • 09 İyl 15:30  
Digərləri Nazirlik yol idarəsini 20 min manat cərimələdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycan Avtomobil Yollar

arrow Ətraflı
Azərbaycan gilası Nigeriyaya ixrac edilib (FOTO) like
  • 09 İyl 15:28  
Digərləri Azərbaycan gilası Nigeriyaya ixrac edilib (FOTO)

Dövlət Aqrar Ticarət Şirkəti (DATŞ) fəaliyyət prinsiplərinə uyğun ola

arrow Ətraflı