“Ödənişsiz fakültələrin balları aşağı düşəcək” Abituriyentlərə məsləhət


Digərləri 09 İyl 2019 15:25:00 210 0

“Ödənişsiz fakültələrin balları aşağı düşəcək”  Abituriyentlərə məsləhət

Bu gün DİM-tərəfindən "Abituriyent" jurnalının 4-cü nömrəsi nəşr olunub. Burada ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu verilib. 

Son.az qafqazinfo-ya istinadən təhsil eksperti Kamran Əsədovun ixtisas seçimi ilə bağlı abturiyentlərə tövsiyələrini təqdim edir:

"Təəssüf ki, hər il minlərlə abituriyent ixtisas seçimi zamanı buraxdığı səhvə görə ali məktəbə qəbul ola bilmir, ixtisas seçimi prosesi zamanı diqqətli olun.

Hər kəsi narahat edən bir sual var ki, bu il keçid balı neçə bal olacaq?

Qeyd edim ki, ixtisaslar üzrə keçid balları ixtisas seçimi başa çatdıqdan sonra müəyyənləşir. Buna görə də bu il ayrı-ayrı ixtisaslar üzrə keçid ballarının hansı səviyyədə formalaşacağı, keçid ballarının ötən illə müqayisədə artıb-artmayacağı, hansı ixtisaslar üzrə daha rəqabətli müsabiqə vəziyyətinin yaranacağı barədə indidən dəqiq məlumat vermək mümkün deyil. Çünki bu, ixtisas seçimindən sonra bəlli olur. 

Bu il bütün ixtisaslar üzrə müsabiqəyə buraxılış balının 200 olmasına baxmayaraq 150 bal toplayan  abiturientlərdə ixtisas seçimində iştirak edə bilər. Özəl və ya Bakı şəhərindən başqa şəhər və rayon dövlət universitetlərinə qəbul olmaq şansı vardır.

2019-cu ildə ixtisaslar üzrə formalaşacaq ballar haqqında qabaqcadan dəqiq məlumat vermək düzgün deyil. Qəbul imtahandan sonra keçid balının formalaşmasına 3 əsas amil - abituriyentlərin sayı, imtahan nəticəsi və plan yerlərinin sayı təsir edir. Ona görə də keçid balları hər il dəyişərək fərqli olur.

Kamran Əsədov

Əziz abituriyentlər, bu il ixtisas seçimi edərkən 2018-ci ildə formalaşmış ballara çox ümid edib seçim etməyin. Bu xüsusi ilə ödənişsiz plan yerləri ilə bağlıdır. 2019-cu ildə ödənişsiz plan yerlərinə qəbul zamanı ballar ciddi şəkildə aşağı düşəcək.