Yerevan meriyasının qarşısına zibil paketləri atdılar


Digərləri 09 İyl 2019 15:08:15 197 0

Yerevan meriyasının qarşısına zibil paketləri atdılar

Yerevanda sakinlər şəhər meriyası qarşısında etiraz aksiyası keçirib

Bakı. Yerevanda sakinlər şəhər meriyası qarşısında etiraz aksiyası keçirib. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar meriya binasının qarşısına zibil paketləri atıblar. Qeyd olunur ki, etirazçılar küçələrdən zibilin yığışdırılmadığını bildiriblər. Aksiya iştirakçıları arasında saxlanılanlar var. Son dövrlərdə şəhərdə zibilin toplanması ilə məşğul olan “Sanitek” şirkətinin işinin öhdəsindən gələ bilmədiyi deyilir.