Evlərə basqın edən şəxsə hökm oxundu


Digərləri 09 İyl 2019 14:48:02 171 0

Evlərə basqın edən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 22 yaşlı Həsən Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 22 yaşlı Həsən Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə H.Bayramov 9 il azadlıqdan məhrum edilib. İttihama görə, Hökməli qəsəbəsində yaşayan Həsən Bayramov bu ilin yanvar ayında saxlanılıb. O, Abşeron rayonunda başına maska taxmaqla soyuq silahla evlərə girərək vətəndaşlardan pul, qızıl tələb etməkdə ittiham edilib.