Çinin cənubunda köç başladı


Dünya 09 İyl 2019 13:50:00 205 0

Çinin cənubunda köç başladı

Çinin cənubundakı Quansi-Çjuan muxtar rayonunda 1,4 mindən çox sakin təxliyə olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, təxliyə barədə qərar hava şəraiti ilə bağlı qəbul olunub. Qeyd edilir ki, bölgədə aramsız yağışlarla əlaqədar daşqın təhlükəsi yaranıb. Bu səbəbdən muxtar rayonun şimalında daha 100 min insanın təxliyəsi gözlənilir.

Məlumata görə, təbii fəlakət nəticəsində bəzi yerlərdə əkin sahələri, yollar su altında qalıb, elektrik təchizatı kəsilib.

Yağışın fəsadlarının aradan qaldırılması üçün yüzlərlə xilasedici səfərbər edilib.