Gürcüstandan Azərbaycana gələn avtomobildə spirtli içki və siqaretlər aşkarlanıb


Digərləri 09 İyl 2019 13:35:00 194 0

Gürcüstandan Azərbaycana gələn avtomobildə spirtli içki və siqaretlər aşkarlanıb

Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Volkswagen Jetta" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.

Bakı. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsininin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Volkswagen Jetta" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual edilib. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Bundan sonra avtomobilə baxış keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qabaq hava yastığının içərisində gizlədilmiş 1800 ədəd "King" markalı siqarət və yük yerində isə hər biri 1 litr olmaqla 13 ədəd üzərində "Nemiroff" yazısı olan spirtli içkilər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.