Mərkəzi Gömrük Hospitalının əməkdaşları Florence Nightingale Xəstəxanalar Qrupunda təkmilləşdirmə kursu keçir (FOTO)


Digərləri 09 İyl 2019 13:23:00 165 0

Mərkəzi Gömrük Hospitalının əməkdaşları Florence Nightingale Xəstəxanalar Qrupunda təkmilləşdirmə kursu keçir (FOTO)

Mərkəzi Gömrük Hospitalının dörd əməkdaşı Florence Nightingale Xəstəxanalar Qrupunda təkmilləşdirmə kursu keçməyə başlayıb.

Bakı. Mərkəzi Gömrük Hospitalının dörd əməkdaşı Florence Nightingale Xəstəxanalar Qrupunda təkmilləşdirmə kursu keçməyə başlayıb. Mərkəzi Gömrük Hospitalının Ümumi cərrahiyyə şöbəsinin böyük tibb bacısı Amalya Əliyeva, Kardiocərrahiyyə və qadın doğum şöbəsinin böyük tibb bacısı Ətayə Novruzova, Anesteziologiya, reanimasiya, intensiv terapiya şöbəsinin tibb qardaşı Simran Məmmədov və Angiologiya, radiologiya şöbəsinin texniki Cəfər Cəfərov bir ay müddətinə Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupuna ezam olunub. Əsas məqsəd tibbin müasir metodlarını, yeniliklərini öyrənmək, praktiki, nəzəri biliklərini təkmilləşdirmək və qabaqcıl beynəlxalq təcrübəni Mərkəzi Gömrük Hospitalında tətbiq etməkdir. Həmin əməkdaşlar iyulun 8-dən avqustun 3-nə qədər olan müddətdə Türkiyə Florence Nightingale Xəstəxanalar Qrupunda öz sahələri üzrə işləyərək beynəlxalq təcrübə qazanacaq, eyni zamanda Dəmiroğlu Bilim Tibb Universitetinin Orta Tibb işçiləri fakültəsində dərslər keçərək nəzəri biliklərini artıracaqlar.