Azarkeşlər Beyli təhqirlə qarşıladılar


İdman 09 İyl 2019 12:41:00 210 0

Azarkeşlər Beyli təhqirlə qarşıladılar

Real yeni mövsümün hazırlıqlarına start verib.

Goal.az AS nəşrinə istinadən xəbər verir ki, məşqin ilk günündə xoşagəlməz hadisə yaşanıb.

Hücumçu Qaret Beyl klubun bazasına gələrkən Madrid klubunun azarkeşləri tərəfindən təhqirlərlə qarşılanıb. Ondan fərqli müdafiəçi Dani Karvahal alqış sədaları altında bazaya daxil olub. Azarkeşlər bununla Beyli komandada görmək istəmədiklərini göstəriblər.

Qaret Beylin yayda klubunu dəyişəcəyi gözlənilsə də, bu baş verməyib. Futbolçu müqaviləsindəki təzminat pulu ödənməsə, ehtiyatda qalmağa da razıdır.