Milli Məclisin gündəliyi dəyişdi


Digərləri 09 İyl 2019 12:13:19 196 0

Milli Məclisin gündəliyi dəyişdi

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasının gündəliyi dəyişb.

Bakı. Elçin Mehdiyev – Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasının gündəliyi dəyişb. Trend-in məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov bildirib. O.Əsədov qeyd edib ki, 27, 37 və 38-ci (27. "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş), 37. "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Notariat haqqında", "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş), 38. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə) məsələlər parlamentin iyulun 12-də keçiriləcək növbədənkənar iclasında müzakirəyə çıxarılacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin