Atasının 40ı çıxmadan rəqs etdiyi üçün tənqid edilən Elton:


Şou-biznes 09 İyl 2019 12:01:00 242 0

Atasının 40ı çıxmadan rəqs etdiyi üçün tənqid edilən Elton:

Müğənni Elton Hüseynəliyev onu Nazəninin paylaşdığı videoya görə tənqid edənlərin "qarşısına çıxıb".

Daha bir müğənni Təranə-Musa cütlüyünü ÖZÜNƏ DÜŞMƏN ELAN ETDİ - FOTO

Son.az xəbər verir ki, müğənni rəqsinə görə onu tənqid hədəfinə alanlara sosial şəbəkə hesabından sərt cavabı ilə yadda qalıb.

Elton yeni dünyasını dəyişən atasının yasını saxlamayaraq "40"ı çıxmadan yollandığı Gürcüstan toyunda rəqsinə görə onu tənqid hədəfinə tutanlara cavab verib:

"Qaldı ki, mənim Gürcüstanda toyda oynamağıma, bəli mənim üzürümdən sonra olan rəqs idi bu rəqs. Hətta video çəkildiyini bilə-bilə mən demədim Nazənin xanıma ki, bunu paylaşma və yaxud süni nəsə bir söz belə deməmişəm demərəm də. Mən atama 3 gündən artıq yas tutmadım tutmaram da. ALLAHIN rəhmətinə qovuşub atam. İmanlı gedib bu dünyadan, kafir kimi yox! Vəsiyyətləri hamısı yerinə yetirilib. Və gözü yolda qalmayıb, rahat gedib və şükür ki, anamdan, məndən, gəlinindən, oğulundan, nəvələrindən razı gedib. Nə isə, demək istəyiəm ürəyi ömrüm boyu ağrısı, gözümdə yaşı bitməyəcək. Atamın yerini heç kim verməyəcək. Canımdan can getdi. Mənə rəqs etməyi atam öyrədib. Qoy ruhu şad olsun ki, Elton onun tərbiyəsini yaşadır. Bəziləri kimi kiminsə qabağında pula görə yaltaqlanmır, kiminsə aldığı şalvarı, kostyumu geyib kişilikdən dən vurmur. Mən insanlar nə deyər deyə yaşamamışam və yaşamayacam da! Mən xoşbəxtəm, ona görə ki, mən özüməm! 1 gündə 1000 obraza girənlərdən olmaqdansa ölmək yaxşıdır! Hamıya hörmət edirəm, artıq-əskik yazanlara isə demək istəyirəm ki, etik qaydadan çıxmaq insana hörmətsizlik gətirər! Hər kəs fikirlərin özünə saxlasın, öz həyatına baxsın. Başın soxmasın hər yerə. İnstaqramda yaxşı insan rolunu oynamıram mən. Ürəyimdə ağrı ilə bir neçə inası sevindirmək üçün rəqs havası oynayıram mən".