Masallıda 8 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı CİNAYƏT İŞİ başlandı


Digərləri 09 İyl 2019 12:06:00 298 0

Masallıda 8 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı CİNAYƏT İŞİ başlandı

Masallı rayonu ərazisində baş verən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

Bakı. Samir Əli - Masallı rayonu ərazisində baş verən yol qəzası ilə bağlı cinayət işi başlanıb. Bu barədə Trend-ə açıqlamasında Respublika Dövlət Yol Polisi İdarəsinin Mətbuat xidmətinin rəhbəri Rüfət Quliyev deyib. Onun sözlərinə görə, hadisə bu gün səhər saat 07 radələrində Ələt-Astara yolunun 135-ci kilometrliyində baş verib: "99-LH-458 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil Astara istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə irəliləyən "KAMAZ" markalı 10-MG-329 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə 8 nəfər dünyasını dəyişib, 1 nəfər xəsarət alıb. Hazırda faktla bağlı istintaq aparılır".