Masallı qəzasında ölənlər arasında ata və 2 oğlu da var


Digərləri 09 İyl 2019 10:17:00 190 0

Masallı qəzasında ölənlər arasında ata və 2 oğlu da var

Bu gün səhər saatlarında Masallıda baş verən dəhşətli qəzada həlak olanlardan 3-ü bir ailənin üzvləridir.

Son.az Trend-ə istinadən xəbər verir ki, Bakıdan toydan qayıdanlar arasında ata və iki azyaşlı oğlu da olub.

Onlar Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları Rzayev Hikmət Əsgər oğlu, Rzayev Azər Əsgər oğludur. Azyaşlılardan biri 2007, digəri isə 2008-ci il təvəllüdlüdür.

Digər həlak olanlar isə Tağıyev Rəşad Atalı oğlu, Rufullayev Ayxan Namiq oğlu, soyadları bilinməyən Murtac və Ələkbər adlı şəxslərdir.

Qəzada ölən bir nəfər xanımın hələlik kimliyi məlum deyil.

Qəzaya düşən şəxslər Lerik rayon sakinləri olublar.