Masallıda yük maşını mikroavtobusla toqquşdu - 8 nəfər öldü


Digərləri 09 İyl 2019 08:51:00 177 0

Masallıda yük maşını mikroavtobusla toqquşdu - 8 nəfər öldü

Masallıda yük maşını "Mersedes Vito" markalı mikroavtobusla toqquşub.

Bakı. İlhamə İsabalayeva - Masallıda yük maşını "Mersedes Vito" markalı mikroavtobusla toqquşub. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 8 nəfər ölüb. 1 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin məlumata görə, ölənlərin 2-si qadin, 3-ü kişi, digər 3-ü isə məktəb yaşlı uşaqdır. Yaralı qadının 24 yaşı var. O, hazırda reanimasiya şöbəsində müalicə alır.