NASAnın atom saatı kosmosa səyahətdə inqilab yaradacaq


Digərləri 09 İyl 2019 08:41:00 219 0

NASAnın atom saatı kosmosa səyahətdə inqilab yaradacaq

Gələcəkdə Günəş sisteminə səyahətin avtobus turları qədər adi hala çevriləcəyi ehtimal olunur. Alimlərin fərziyyəsinə görə, astronavtları kosmosun dərinliklərinə aparan kosmik gəmilərdə quraşdırılacaq GPS sisteminə bənzəyən bələdçi atom cihazları planetlər və Ay arasında naviqasiyanı xeyli yüngülləşdirə bilər. Belə ki, bu gəmilər və peyklərdə ekstremal dəqiq vaxt göstərən yeni saatlara ehtiyac olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu cür saatın prototipi hazırlanıb və NASA-nın Dərin Kosmik Atom Saatı (DSAC) iyunun 24-də ilk uçuş testindən keçəcək. O, hazırda kosmik gəmilərin göyərtəsində quraşdırılan GPS cihazlarından 50 dəfə daha dəqiqdir. Saatda quraşdırılan antenalar planetlər arasında vaxtın dəqiq ölçülməsi və naviqasiyanın təkmilləşdirilməsi baxımından texnologiyanın ən yüksək nailiyyəti hesab olunur. Bundan başqa, DSAC daha portativdir və kosmik gəminin göyərtəsində çox yer tutmur.

DSAC-ın təqdimatı münasibətilə keçirilən mətbuat konfransında layihənin rəhbəri Gill Sobert deyib ki, mini atom saatlar kosmosun dərinliklərində naviqasiyanı ən mükəmməl şəkildə təmin edəcək. Florida ştatındakı Kanaveral burnundan saatın test uçuşuna buraxılmasından sonra alimlər onun Yerin aşağı orbitində birillik fəaliyyətini öyrənəcəklər. Bundan sonra DSAC kosmosun dərinliklərinə göndəriləcək.

Astronomlar kosmik gəmilərin naviqasiyasını yaxşılaşdıracaq bu saatın əsas xüsusiyyətinin antenalardan buraxılan siqnalların əks-səda prinsipi ilə çox uzaq məsafədəki kosmik cisimlərdən geri qayıtması və bu prosesin ani baş verməsi olduğunu bildirirlər. Atom saatı bu siqnalların ötürülməsinin saniyədə milyardlarla sürətlə baş verdiyini qeyd edirlər. Bu, Yerdən qəbul ediləcək siqnallara və kosmik gəminin yerinin dəqiq müəyyən edilməsinə da aiddir. Ən əsası, atom saatı ekipaja aparatın trayektoriyasını dəqiq müəyyən etməyə imkan verəcək. NASA-nın tədqiqatçısı Todd İlay bildirib ki, DSAC-ın sayəsində astronavtlar kosmik gəmini Yerdən təlimat almadan idarə edəcəklər.