İranın Xuzistan vilayətində zəlzələ baş verib


Dünya 09 İyl 2019 08:23:00 200 0

İranın Xuzistan vilayətində zəlzələ baş verib

İranın Xuzistan vilayətində baş verən 5,7 bal gücündə zəlzələ dağıntılara səbəb olub, 30-a yaxın ev uçub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, zəlzələ nəticəsində 64 nəfər yaralanıb, 1 nəfər həlak olub.

Prezidentin göstərişi ilə hərbi hissələr və xilasedicilər hadisə yerində çalışırlar. Həlak olanların sayının artacağı ehtimalı var.