HP, Dell və digər şirkətlər öz istehsalatlarını Çindən köçürtməyi planlaşdırırlar


Digərləri 09 İyl 2019 08:01:00 62 0

HP, Dell və digər şirkətlər öz istehsalatlarını Çindən köçürtməyi planlaşdırırlar

HP və Dell şirkətləri daxil olmaqla digər böyük texnoloji şirkətlər öz istehsalat güclərinin bir hissəsini Çindən köçürtməyi planlaşdırırlar. Bu barədə Nikkei saytına istinadən Vc.ru saytı xəbər verib. Məlumata əsasən HP ilə Dell şirkətləri özlərinin kompüter istehsalının 30%-ni Çindən kənara köçürtmək niyyətindədirlər. HP şirkəti yeni istehsalat yeri kimi Tayvan ilə Taylandı görür. İstehsalat gücünün köçürülməsinə artıq iyul-sentyabr aylarında start verilə bilər.

Son.az technote.az-a istinadən bildirir ki, Dell şirkəti isə Vyetnamda və Filippinlərdə test məqsədli istehsalata artıq start verib. Microsoft, Google, Amazon, Sony və Nintendo kimi şirkətlər də özlərinin bəzi oyun konsolları ilə ağıllı səsgücləndiricilərinin istehsalını Çindən köçürtməyi planlaşdırırlar. Həmçinin öz istehsalat gücünün bir hissəsinin köçürülməsi məsələsi Acer və Asustek Computer şirkətlərində də müzakirə olunur. Acer ilə Asustek Compter şirkəti təsdiq edib ki, onlar istehsalat prosesinin köçürülməsini nəzərdən keçirdirlər.

Dell şirkəti bu məsələyə rəy bildirməkdən imtina edərək qeyd edib ki, o, ABŞ ilə Çin arasındakı razılığın əldə olunacağına ümid edir. Digər şirkətlər də bu barədə nəsə deməkdən imtina ediblər. Nikkei saytının mənbələrinin məlumatlarına əsasən Apple şirkəti hələ bu ilin iyun ayında öz istehsalat gücünün 15-30%-nin Çindən köçürülməsini planlaşdırırdı. Şirkət yeni istehsalat yeri kimi Vyetnamı, Hindistanı, Meksikanı və digər ölkələri nəzərində tutub.

Bu ilin may ayında ABŞ prezidenti Donald Trump Çində istehsal olunan məhsullara 25% verginin tətbiq olunması barədə qərar qəbul etmişdi. Həmin məhsullara smartfonlar, planşetlər, noutbuklar, ana platalar, videokartlar və s. kimi məhsullar daxildir. Keçən ayın sonunda isə ABŞ ilə Çin liderləri öz aralarında ticarət sülhünün bağlanacağı barəsində şifahi razılıq əldə etmişdilər.

Batmaq təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib like
  • 09 İyl 07:55  
Digərləri Batmaq təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib

Batmaq təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub.

arrow Ətraflı
Tesla rekord satışlardan danışdı like
  • 09 İyl 07:51  
Digərləri Tesla rekord satışlardan danışdı

Bu ilin ikinci rübündə Tesla şirkəti öz müştərilərini 95.000-dən çox

arrow Ətraflı
Yeni Günəşlidə magistral su xətti çəkilir  FOTO like
  • 09 İyl 07:45  
Digərləri Yeni Günəşlidə magistral su xətti çəkilir FOTO

Bu yaxınlarda Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivinin içməl

arrow Ətraflı
İsa Həbibbəyli yeni orfoqrafiya lüğətindəki mübahisəli sözlər barədə danışdı like
  • 09 İyl 07:45  
Digərləri İsa Həbibbəyli yeni orfoqrafiya lüğətindəki mübahisəli sözlər barədə danışdı

Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən yeni hazırlanan orfoqrafiy

arrow Ətraflı
iPhone istifadəçilərinin bir hissəsi öz smartfon modellərinin adlarını bilmir like
  • 09 İyl 07:41  
Digərləri iPhone istifadəçilərinin bir hissəsi öz smartfon modellərinin adlarını bilmir

iPhone alıcılarının texniki məsələlər üzrə hazırlıqları barəsində

arrow Ətraflı
Muğam dunyasına səyahət  FOTO like
  • 09 İyl 07:35  
Digərləri Muğam dunyasına səyahət FOTO

Beynəlxalq Muğam Mərkəzinin yeni layihəsi olan "Muğam dünyasına sə

arrow Ətraflı
GitHub servisi cihazlar üçün yeni verifikasiya üsulu əlavə edib like
  • 09 İyl 07:31  
Digərləri GitHub servisi cihazlar üçün yeni verifikasiya üsulu əlavə edib

Məşhur GitHub servisi istifadəçi hesablarının ayarlarında ikifaktorlu aut

arrow Ətraflı
İndoneziya sahilləri yaxınlığında 5,8 bal gücündə zəlzələ olub like
  • 09 İyl 07:25  
Dünya İndoneziya sahilləri yaxınlığında 5,8 bal gücündə zəlzələ olub

İndoneziya sahilləri yaxınlığında Molukka dənizində 5,8 bal gücündə z

arrow Ətraflı
Microsoft Edge brauzerinə izlənmədən qoruyan mexanizm əlavə olunacaq like
  • 09 İyl 07:21  
Digərləri Microsoft Edge brauzerinə izlənmədən qoruyan mexanizm əlavə olunacaq

Chromium versiyalı yeni Edge brauzerinin tərtibatçıları bildiriblər ki,

arrow Ətraflı
Apple şirkəti texniki problemlər səbəbilə MacBook Air seriyasını geri çağırır like
  • 09 İyl 07:11  
Digərləri Apple şirkəti texniki problemlər səbəbilə MacBook Air seriyasını geri çağırır

Apple şirkətinin alışma təhlükəsi səbəbilə MacBook Pro modellərini ge

arrow Ətraflı
68 dövlət əmlakı özəlləşdirilir like
  • 09 İyl 07:05  
Digərləri 68 dövlət əmlakı özəlləşdirilir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının

arrow Ətraflı
İnsayderlər Apple şirkətinin gizli layihələri barəsində məlumat veriblər like
  • 09 İyl 07:01  
Digərləri İnsayderlər Apple şirkətinin gizli layihələri barəsində məlumat veriblər

Apple şirkətinin baş dizayneri Jony Ive-ın şirkətdən ayrılması xəbə

arrow Ətraflı
ABŞ-da neft hasilatı yeni rekordu qırıb like
  • 09 İyl 07:01  
Digərləri ABŞ-da neft hasilatı yeni rekordu qırıb

ABŞ-da neft və kondensat hasilatı aprel ayında gündə 12,2 milyon barrelə

arrow Ətraflı
Silahlılar Suriyanın Həma və Latakiya vilayətlərini atəşə tutub like
  • 09 İyl 06:05  
Digərləri Silahlılar Suriyanın Həma və Latakiya vilayətlərini atəşə tutub

Qanunsuz silahlı birləşmələr tərəfindən sutka ərzində Suriyanın Həma

arrow Ətraflı
Türkiyədə yüzdən çox insan xəstəxanaya yerləşdirilib like
  • 09 İyl 05:12  
Digərləri Türkiyədə yüzdən çox insan xəstəxanaya yerləşdirilib

Türkiyənin Gümüşxane vilayətində 120 nəfər sudan zəhərlənmə şübh

arrow Ətraflı