Tesla rekord satışlardan danışdı


Digərləri 09 İyl 2019 07:51:00 200 0

Tesla rekord satışlardan danışdı

Bu ilin ikinci rübündə Tesla şirkəti öz müştərilərini 95.000-dən çox avtomobil ilə təchiz edib. Beləliklə şirkət 2018-ci ilin dördüncü rübündə təchiz edilmiş 90.000-lik avtomobil rekordunu yeniləyib. Bu barədə Bloomberg saytına istinadən Vc.ru saytı xəbər verib. Tesla şirkətinin rekord göstəricisi barəsində verilmiş xəbərin fonunda şirkətin səhm qiymətləri 7.1% yüksəlib. Nəticədə şirkətin bir səhmi 224.5$-a satılır. Ümumilikdə bu ilin əvvəlindən şirkətin səhmləri 33% düşüb.

Son.az technote.az-a istinadən bildirir ki, FactSet adlı konsaltinq şirkətinin məlumatına əsasən Tesla-nın yeni nəticəsi analitiklərin gözləntilərindən daha yuxarı olub. Belə ki, analitiklər Tesla-nın öz müştərilərini 91.000-dən az avtomobil ilə təchiz edəcəyini gözləyirdilər. Bu cür yüksək göstəricinin böyük hissəsi məhz Model 3 elektromobil modelinin üzərinə düşür. Belə ki, şirkət öz müştərilərini 77.000 ədəd Model 3 ilə təmin edib. Yerdə qalanlar isə Model X ilə Model S modelləridir.

Şirkət öz müştərilərini 17.000 ədəd Model X və Model S elektromobilləri ilə təmin edib. Rüb üzrə şirkət 87.000 avtomobil istehsal edb. Bu ilin ikinci rübünə daxil olmayan 7000 avtomobil üçüncü rüb göstəricisinə daxil ediləcək. Tesla-nın məqsədi il ərzində 360-400.000 avtomobil istehsal etməkdir. Bu cür göstəricini bu ilin sonuna kimi əldə etmək üçün şirkət hər rüb ərzində 100.000-dən çox avtomobil istehsal etməlidir.