iPhone istifadəçilərinin bir hissəsi öz smartfon modellərinin adlarını bilmir


Digərləri 09 İyl 2019 07:41:00 223 0

iPhone istifadəçilərinin bir hissəsi öz smartfon modellərinin adlarını bilmir

iPhone alıcılarının texniki məsələlər üzrə hazırlıqları barəsində çoxlu sayda stereotiplər var. ABŞ-ın Decluttr adlı riteyleri isə həmin stereotiplərdən bəzilərini praktiki cəhətdən yoxlayıb. Apple və Samsung da daxil olmaqla məşhur brendlərin cihazlarının sahibləri arasında keçirilmiş xüsusi sorğu çərçivəsində insanlardan öz smartfon modellərinin adlarının və onların bəzi texniki özəlliklərinin qeyd olunması xahiş olunub. Əldə edilmiş nəticələr isə təəccübləndirici olublar. Bu barədə Phonearena saytına istinadən 4pda saytı xəbər verib.

Son.az technote.az-a istinadən bildirir ki, müxtəlif yaş kateqoriyalarına sahib 2000 nəfər insanın iştirak etdiyi bu xüsusi sorğudan məlum olub ki, iPhone XR və iPhone 7 smartfon modellərinin sahiblərinin 56%-i öz smartfonlarının adlarını dəqiq qeyd edə bilməyiblər. Həmin vəziyyət ilə iPhone 8 modelinin sahiblərinin 54%-i və iPhone X ilə iPhone XS modellərinin sahiblərinin 50%-dən bir qədər azı qarşılaşıb.

Müqayisə üçün qeyd etmək lazımdır ki, öz smartfonun dəqiq modelini Galaxy S9 Plus sahiblərinin 71.32%-i təyin edə bilib. Bununla yanaşı iPhone X, XS və XR modellərinin alıcılarıın 86%-i bilməyib ki, onların smartfonları NFC özəlliyini dəstəkləyirlər. Həmin insanlar həmçinin bilməyiblər ki, onların smartfonları sudan qorunma özəlliyinə də sahibdirlər (iPhone X və XS üçün IP68, iPhone XR üçün isə IP67). Bunlardan əlavə olaraq iPhone istifadəçilərinin 1/3 hissəsi tamamilə əmin idilər ki, onların smartfonları 5G şəbəkəsini dəstəkləyirlər.