İsa Həbibbəyli yeni orfoqrafiya lüğətindəki mübahisəli sözlər barədə danışdı


Digərləri 09 İyl 2019 07:45:00 222 0

İsa Həbibbəyli yeni orfoqrafiya lüğətindəki mübahisəli sözlər barədə danışdı

Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən yeni hazırlanan orfoqrafiya lüğətində mübahisəli söz yoxdur.

Bakı. İlhamə İsabalayeva – Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən yeni hazırlanan orfoqrafiya lüğətində mübahisəli söz yoxdur, bu cür sözlər Nazirlər Kabineti Azərbaycan dilinin orfoqrafiya normalarını təsdiq edənə qədər var idi. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. Akademikin sözlərinə görə, hazırda AMEA-da orfoqrafiya normalarına uyğun şəkildə yeni lüğətin hazırlanması prosesi gedir: "Əlbəttə ki, bu, çox məsuliyyətli işdir. Ciddi şəkildə müzakirələr aparılır. Bu müzakirələrin gedişində alimlər tərəfindən müəyyən mübahisələr yaranır. Lakin bunlar elmi mübahisələrdir, sözlərin mahiyyətini dəyişməyə xidmət edən məsələlər deyil. Məncə, məsələyə bir qədər fərqli yanaşmaq lazımdır. Artıq bizim mübahisə etməyə ixtiyarımız yoxdur. Qəbul edilmiş normalar hamı üçün eyndir. Onun əsasında isə orfoqrafiya lüğəti hazırlanır". İ.Həbibbəyli lüğətin bu ilin payızında hazır olacağına ümid etdiyini söyləyib.