İnsayderlər Apple şirkətinin gizli layihələri barəsində məlumat veriblər


Digərləri 09 İyl 2019 07:01:00 201 0

İnsayderlər Apple şirkətinin gizli layihələri barəsində məlumat veriblər

Apple şirkətinin baş dizayneri Jony Ive-ın şirkətdən ayrılması xəbərindən sonra internetdə onun daha öncədən üzərində çalışdığı gizli layihələr barəsində məlumatlar ortaya çıxmağa başladı. 

Son.az technote.az-a istinadən bildirir ki, The Information saytı öz mənbələrinə istinadən Jony Ive-ın öz komandası ilə çalışdığı gizli Apple layihələrini ortaya çıxardıb. Bu barədə Macrumors saytına istinadən 4pda saytı xəbər verib. Beləliklə hesabatda qeyd olunub ki, Jony Ive bir neçə pilotsuz avotomobil dizaynının prototipini yaradıb. Həmin prototiplər barəsində məlumat çox azdır. İnsayderlərin sözlərinə əsasən həmin prototiplərdən biri ağac və dəri materialdan hazrlanmışdı.

Həmin dizaynın əsas üstünlüklərindən biri də avtomobilin tamamilə sükansız olması idi. Bu özəllik Jony Ive-ın təkidi ilə reallaşdırılmışdı. Məlumatda qeyd olunub ki, Ive avtomobilin idarəolunmsını Siri səsli köməkçisi vasitəsilə reallaşdırmaq istəyirdi. Bu konsepti Apple CEO-su Tim Cook-a sərgiləmək üçün həmçinin xüsusi aktrisa da layihəyə cəlb olunmuşdu. O, Siri səsli köməkçinin səsini imitasiya edərək şirkət rəhbərliyinin səsli əmrlərinə cavab verirdi. Tim Cook-un və digər şirkət menecerlərinin bu konseptə necə reaksiya verdikləri barəsində bir məlumat yoxdur. Lakin qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə Apple şirkəti pilotsuz avtomobillər üçün idarəetmə sistemlərinin hazırlanması ilə məşğul olan Drive.ai adlı startapı aldı. Bu isə o deməkdir ki, şirkət hələ də özünün pilotsuz avtomobil layihəsi üzərində çalışır.