İndoneziya sahilləri yaxınlığında 5,8 bal gücündə zəlzələ olub


Dünya 09 İyl 2019 07:25:00 219 0

İndoneziya sahilləri yaxınlığında 5,8 bal gücündə zəlzələ olub

İndoneziya sahilləri yaxınlığında Molukka dənizində 5,8 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji mərkəzi bildirib.

"UTC" vaxtı ilə qeydə alınan yeraltı təkanların episentri Ternate şəhərindən 134 kilometr qərbdə, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.

Zərər çəkənlər və dağıntılar barədə məlumat verilməyib.