Silahlılar Suriyanın Həma və Latakiya vilayətlərini atəşə tutub


Digərləri 09 İyl 2019 06:05:00 214 0

Silahlılar Suriyanın Həma və Latakiya vilayətlərini atəşə tutub

Qanunsuz silahlı birləşmələr tərəfindən sutka ərzində Suriyanın Həma və Latakiya vilayətlərinin 7 yaşayış məntəqələri atəşə tutulub

Bakı. Qanunsuz silahlı birləşmələr tərəfindən sutka ərzində Suriyanın Həma və Latakiya vilayətlərinin 7 yaşayış məntəqələri atəşə tutulub. Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib. A.Bakin qeyd edib: "Sutka ərzində silahlılar Həma vilayətinin Əl-Cəmmasiya, Kafer-Nbuda, Calama, Əl-Huaş, Kaat-Əl-Mudik yaşayış məntəqələrini, Latakiya vilayətinin Kara-Qaliya və Mamuxiya yaşayış məntəqələrini atəşə tutublar".