Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb


Digərləri 09 İyl 2019 00:42:04 253 0

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Bakı. Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb. Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından Trend-ə məlumat verilib. Bildirilir ki, A.Xudiyev birinci mərhələnin cavab oyunları çərçivəsində iyulun 18-də “NYA Parken”də keçiriləcək “Norrköping” (İsveç) – “ST.Patrick” (İrlandiya) qarşılaşmasının hakim-inspektoru olacaq.