Azərbaycan nefti bahalaşıb


Digərləri 08 İyl 2019 23:39:00 188 0

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 66,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,579 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,6 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,58 dollar/barel çoxdur.