Tibbdə sensasiya Sağalmaz deyilən insanlar şəfa tapacaq


Digərləri 08 İyl 2019 23:25:00 225 0

Tibbdə sensasiya  Sağalmaz deyilən insanlar şəfa tapacaq

Avstraliya həkimləri tibbdə inqilab ediblər. Belə ki, avtomobil qəzaları və idman karyeralarındakı bədbəxt hadisələrdən sonra hərəkət etmə qabiliyyətlərini itirən xəstələrə sinir nəql olunub.

Son.az xəbər verir ki, bu əməliyyatdan sonra xəstələr qol və ayaqlarını tərpətməyə nail olublar.

Avstraliyanın Melbörn şəhərinin həkimləri 13 xəstəyə sinir nəqli həyata keçirdərək həyata dönmələrinə nail olublar. Belə ki, bu yolla xəstələrin əl-ayaqları ilə beyinləri arasında yenidən əlaqə yaranıb.

4 ildən çox davam edən mürəkkəb tibbi prosedurda sonra xəstələr artıq mobil telefon istifadə edir, kömək olmadan yemək yeyirlər.