Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycana səfərə gəlib
Siyasət 08 İyl 2019 23:01:00 235 0
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk iyulun 8-də Azərbaycan Respublikasına səfərə gəlib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Avropa İttifaqının bayrağının və Azərbaycan Respublikasının dövlət bayrağının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.
Mənbə: milli.az