Xroniki yorğunluq nədir, əks təsirləri nələrdir, özümüzü necə qoruyaq?


Digərləri 08 İyl 2019 22:40:00 260 0

Xroniki yorğunluq nədir, əks təsirləri nələrdir, özümüzü necə qoruyaq?

Özünüzü davamlı olaraq yorğun, gücsüz, halsız hiss edirsiniz? Günümüzdə çox rast gəlinən bu problemin cavabı xroniki yorğunluqdur. Son.az medicina.az-a istinadən bildirir ki, xroniki yorğunluğun səbəblərini iki istiqamətdə axtarmaq lazımdır. 

1) fiziki olaraq insanın sağlamlığı və psixoloji vəziyyəti ilə əlaqədar 2) şəxsi və ya iş həyatı ilə əlaqədar   Bu problemə hətta ətraf mühit də səbəb ola bilər. İnkişaf etmiş sənaye sahələri olan ərazilərin çirkli atmosferi həyat gücünün yüksəlməsi üçün əlverişli deyil. Xroniki yorğunluq sindromu - təhlükəli fenomendir, belə ki, infarkt daxil olmaqla, bir çox xəstəliklər ona aid ola bilər.    XRONİKİ YORĞUNLUĞUN SƏBƏBLƏRİ    1. Düzgün qidalanma olmadıqda makro və mikroelement, vitamin çatışmazlığı yaradır. Bu isə öz növbəsində həm qadın, həm də kişilərdə hormonal çatışmazlığa səbəb ola bilər.

Ümumiyyətlə düzgün qidalanma olmadıqda orqanizmin enerji gücünə də təsir edən bir sıra amillər olur. Xroniki yorğunluğa səbəb meteohəssaslıq da ola bilər. Əvvəllər həkimlər buna çox önəm verməsələr də, artıq çox diqqət etməyə başlayıblar.   2. Gün rejiminin pozulması, yuxusuzluq, karyera yüksəlişi və yaxud uğurlar üçün daha çox işləmək orqanizmi hədsiz gücdən salan amillərdir. Qəhvə və ya enerji içkilərinin qəbulu problemin daha da kəskinləşməsinə səbəb olur. Çünki insan yenidən "ehtiyat" güc toplamağa zaman tapa bilmir, orqanizm isə getdikcə yorularaq dağılır, məhv olur.   3. Xüsusilə insanın daxili tonusuna onun özünü necə hiss etməsi, əhval-ruhiyyəsi təsir göstərir. Əgər o, özünü xoşbəxt hiss edirsə, sevinclə çalışır, sevir, ətraf mühit tərəfindən sevilir, gümrah və aktivdir, heç nəyə baxmadan bütün işlərin öhdəsindən asanlıqla gələ bilər. Stress, qarışıqlıq, ruhi sıxıntı bütün gücü, həyat tonusunu alaraq, insanı həm ruhən, həm də fiziki yorğun hala gətirir. Beləliklə, xroniki yorğunluq sindromu yaranır ki, bununla da ya həkimlər, ya da psixoloqlar mübarizə aparır. Bütün yuxarıda sadalanan faktorlar ürək-damar xəstəliklərinin yaranmasına səbəb olan əsas amillərdir. Onları minimuma endirmək üçün həyatınızı dəyişməyə cəhd edin. Bu, bizim hər birimizin sağlamlığı üçün vacibdir!   Xroniki yorğunluğun simptomları   •    Yorğunluq •    Boğaz ağrısı •    Yaddaş və diqqətin zəifləməsi •    Boyun və qoltuq altında böyümüş limfa düyünləri •    Əzələ və oynaq ağrısı •    Baş ağrısı •    Yuxu problemi. Yatsan da dincələ bilməmək •    Fizki və zehni məşqlərdən 24 saat sonra həddinən artıq yorğunluq   Yoğunluğun bir sıra səbəbləri ola bilər. Lakin mütəmadi yorğunluq zamanı mütləq həkimə müraciət etmək lazımdır.   Risk faktorları   Yaş: xroniki yorğunluq sindromu hər yaşda ortaya çıxa bilir. Lakin 40-50 yaş arası insanlara daha çox təsir edir.   Stress: stressi idarə etməyin çətinliyi xroniki yorğunluğa təkan verir.   Alternativ tibb:   Akupunktura- sancmaq, çalmaq - bədənin xüsusi aku nöqtələrini nazik iynələr sancmaqla aparılan müalicə növüdür. Çində alternativ tibb kimi geniş yayılıb. Əsasən ağrının azaldılması üçün istifadə edilir. Çin xalq təbabətinin əsas tərkib hissələrindəndir.   Tay çi çuan - Çin döyüş sənətinin daxili stillərindəndir ki, müdafiə təlimi və sağlamlıq faydaları üçün istifadə edilir.   Yoqa - ənənəvi Asiya sisteminə əsaslanan fiziki tapşırıqların (tətbiqlərin, məşqlərin) sırasıdır. Yoqanın ən aydın, şəffaf mənası onun etmoloji mənşəyində saxlanılır. Və masaj xroniki yorğunluğun aradan qaldırılması üçün əlverişli üsullardır.