Diqqət: Bu qidaları gecə yesəniz... FAYDALARI


Digərləri 08 İyl 2019 22:35:00 259 0

Diqqət: Bu qidaları gecə yesəniz...  FAYDALARI

Gecə saatlarında qidalanmaq insan orqanizmində müxtəlif fəsadlara və ağrılara səbəb ola bilər. Bəzi insanlar üçün gecə qidalanmaq düşündüyümüzdən də riskli ola bilər. Lakin elə qidalar var ki, onları gecə saatlarında da yemək olar. Son.az axar.az-a istinadən maraqlı məlumatları təqdim edir.

- Bəzi elm adamları gecə ac yatmağın çox yemək qədər zərərli olduğunu bildirir. Əgər gecə aclıq hiss etsəniz, pendir yeyə bilərsiniz. Pendir tez həzm olan qidalardandır.

- Dietoloqlara görə, qatıq gecə yeyilə biləcək möhtəşəm qidalardandır. Qatıq həmçinin həzmi asanlaşdırır və artıq çəkiləri atmaqda sizə kömək edir.

- Gecə banan yemək də sizin aclıq hissinizi yatıracaq və mədənizdə olan narahatlığı aradan qaldıracaq. Həmçinin, banan yemək həzmi sürətləndirir və gecə rahat yatmağınıza kömək edir.

- Gecə yatmazdan əvvəl bir stəkan albalı şirəsi içmək aclıq hissinizi aradan qaldıracaq və gecəni rahat yatmaqda kömək edəcək.