30 yaşdan sonra bu qidalardan İSTİFADƏ ETMƏYİN... XƏBƏRDARLIQ


Digərləri 08 İyl 2019 22:30:00 245 0

30 yaşdan sonra bu qidalardan İSTİFADƏ ETMƏYİN...  XƏBƏRDARLIQ

30 yaşından sonra həyatımızdakı bir çox şey kim metabolizm sistemi də dəyişir. Bu dövrdən sonra metabolizm sistemi ikiqat əhəmiyyət qazanır. Bu zaman doğru qidalardan istifadə edərək metabolizmin sürətini balansda saxlaya bilər və tez qocalmağın qarşısını ala bilərsiniz.

Son.az medicina.az-a istinadən bildirir ki, 30 yaşdan sonra bəzi qidalardan uzaq qalmaqda fayda var.

Trans yağlar

Bütün yaş dövrlərində təhlükə mənbəyi olan trans yağlar 30 yaşdan sonra kişilərin nəsilartırma potensialını aşağı salır. Hormonların balansını pozur, eyni zamanda, beyin funksiyalarını yavaşladır.    Duz

Orqanizmin, əlbəttə, duza ehtiyacı var. Amma bunun da müəyyən limiti mövcuddur. Duzun tərkibindəki sodium qan təzyiqini artırır və iflic riskini çoxaldır. Xüsusilə, konserv olunmuş qidaların tərkibində yüksək miqdarda olur.   Konserv yeməklər

Yüksək miqdarda yağ, duz və şəkər olan konserv yeməklər həm də kimyəvi maddələrlə hazırlanır. Konserv yeməklər həm ləzzətli, həm də asan başa gələn olduğu üçün yüksək tələbat görür. Lakin bu yeməklərdən qəti şəkildə uzaq qalmaq lazımdır. Çünki tərkibi BPA elemntləri ilə doludur. BPA hormonal balanssızlığa, sonsuzluğa, xərçəngə və artıq çəkiyə səbəb olur.   Süni qatqılar

Süni qidalar xərçəng xəstəliyilə birbaşa bağlıdır. Çox istifadəsi yağın depolanmasına, metabolik sindroma, 2 tip diabet xəstəliyinə və ürək-damar xəstəliklərinə səbəb olur.   Şəkər

Metabolizmin sürəti azaldıqca bədənin şəkəri əritmək sürəti də azalır. Bu da bədəndə artıq çəkinin yığılmasına səbəb olar. Yüksək miqdarda şəkər qəbulu sonsuzluğa səbəb olacaq insulinə qarşı müqavimətə yol aça bilər.   Spirtli içki