Qocalmanı sürətləndirən 5 MƏHSULU tanıyın


Digərləri 08 İyl 2019 21:12:00 238 0

Qocalmanı sürətləndirən 5 MƏHSULU tanıyın

Alimlər orqanizmin qocalmasını ən çox sürətləndirən məhsulların siyahısını tərtib ediblər.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bu marqarin, duz, şəkər, çörək və spirtli içkilərdir.

Marqarin

Transyağlar xroniki xəstəliklərin, xüsusilə ürək-damar sistemi xəstəliklərinin, inkişafı riskini artırır.

Həmçinin transyağlar orqanizmdə su balansını pozaraq qırışların daha tez əmələ gəlməsinə səbəb olur.

Duz

Duzun həddindən çox miqdarda istehlakı bir çox xroniki xəstəliklərin riskini artıraraq orqanizmin daha tez qocalmasına səbəb olur.

Şəkər

Damarların ilk düşməni olan şəkərdən həddindən artıq istifadə ürək-damar sistemi xəstəliklərinin başlıca səbəbidir.