Bakıda Pakistan vətəndaşının evini qarət etdilər


Kriminal 08 İyl 2019 20:57:56 211 0

Bakıda Pakistan vətəndaşının evini qarət etdilər

Bakıda əcnəbinin yaşadığı ev qarət olunub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

İyunun 13-də iş qurmaq üçün Bakıya gələn, Pakistan vətəndaşı, Nəsimi rayonu, Nizami küçəsi, ev 77, mənzil 60-da kirayə yaşayan, 1971-ci il təvəllüdlü Khan Rabia Asjerkhan polisə müraciət edərək bildirib ki, iyulun 6-da saat 15:15-də yaşadığı evin qapısını açıq qoyaraq mətbəxə keçib. Qayıdandan sonra otaqda olan iki ədəd bahalı mobil telefonunun oğurlandığını görüb.

Faktla bağlı araşdırmalar aparılır.