Şeyxin arvadıyla bağlı daha bir iddia


Digərləri 08 İyl 2019 20:39:00 241 0

Şeyxin arvadıyla bağlı daha bir iddia

Birləşmiş Ərəb Əmirliklərinin Baş Naziri, Dubay əmiri Məhəmməd ibn Rəşid əl-Maktumun ölkədən qaçan həyat yoldaşı Həyya bint əl-Hüseyni ilə bağlı daha bir iddia ortaya atılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, İngiltərə mətbuatı şeyxin arvadının ingilis mühafizəçisi ilə eşq yaşadığını yazıb.

Bildirilir ki, Şeyx Əl-Maktum gizli eşqdən xəbər tutduqdan sonra xanımı qaçmaq məcburiyyətində qalıb.

İngilislərin iddiasına görə, Həyya sevgilisinə bahalı hədiyyələr alıb və bunun üçün qanuni ərindən pul oğurlayıb.