Bakıda “ADA Avropa İttifaqı 2019” yay məktəbi fəaliyyətə başlayıb FOTO


Digərləri 08 İyl 2019 20:00:00 240 0

Bakıda “ADA  Avropa İttifaqı 2019” yay məktəbi fəaliyyətə başlayıb  FOTO

ADA universitetində "Təmiz Şəhər" ASC-nin təşkilatçılığı ilə 160 şagirdin iştirak etdiyi "ADA - Avropa İttifaqı 2019" adlı 4-cü yay məktəbi fəaliyyətə başlayıb.

ASC-dən Son.az-a verilən məlumata görə, 4 həftə davam edəcək yay məktəbində şagirdlərə tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, təkrar emal, ekoloji layihələrin idarə olunması və s. barədə ətraflı məlumat veriləcək və məktəblilər üçün intellektual oyunlar təşkil olunacaq.

Yay məktəbində iştirakçılara həmçinin, müxtəlif mövzularda mühazirələr oxunacaq.

İştirakçılar təkrar emal müəssisələrinə səfər edəcək, tullantıların utilizə prosesini əyani şəkildə izləyəcəklər.


Xəbərə aid fotolar