Azərbaycanlı sahibkar “Mercedes”lə təcili yardım maşınını vurdu


Digərləri 08 İyl 2019 20:08:00 266 0

Azərbaycanlı sahibkar “Mercedes”lə təcili yardım maşınını vurdu

Dünən axşam saat 10-da Rusiyanın Sankt-Peterburq şəhərində "Mercedes" markalı avtomobil təcili yardım maşını ilə toqquşub.

İki tibb işçisi xəsarət alıb.

Son.az bildirir ki, virtualaz.org "Fontanka" nəşrinə istinadən xəbər verir ki, "Mercedes"in sükanı arxasında 25 yaşlı gənc olub. Mənbə bildirir ki, bu gənc yol polisi əməkdaşlarına yaxşı tanışdır. İlham Hacıyev özünün "Mercedes-Benz C250" avtomobili ilə dəfələrlə qaydaları pozub.

Azərbaycanda anadan olsa da, Hacıyev Rusiya vətəndaşıdır. Fərdi sahibkardır. Məlumatlara görə, pulunu pərakəndə meyvə-tərəvəz ticarətindən qazanır.

Jurnalistlər polis əməkdaşlarının təqdim etdiyi telefon nömrəsi ilə azərbaycanlı sahibkara zəng ediblər. Əvvəlcə o, dəstəyi götürüb və İlham Hacıyev olduğunu deyib, lakin zəng edənlərin qəza ilə bağlı maraqlandıqlarını eşidən kimi bildirib: "Ad və soyadımı düzgün demədiniz. Həmin maşın da mənim deyil. Mən bu barədə sizə hər hansı məlumat verməkdən imtina edirəm".