Şəkidə Toxum Emalı Zavodu fəaliyyətə başlayıb (FOTO)


Digərləri 08 İyl 2019 19:18:00 208 0

Şəkidə Toxum Emalı Zavodu fəaliyyətə başlayıb (FOTO)

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondunun Şəki şəhərində yeni inşa edilmiş zavodu fəaliyyətə başlayıb.

Bakı. Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondunun Şəki şəhərində yeni inşa edilmiş zavodu fəaliyyətə başlayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, zavod ilk sifariş olaraq 63 ton “Aran” sortundan olan buğda toxumunu emal edib. Zavod saatda 5 ton toxum emal etmək gücünə malikdir. Ümumi sahəsi 1.1 hektar olan müəssisə inzibati binadan, toxum təmizləyici mərkəzdən, emal prosesindən əvvəl toxum materialının boşaldılması və hazır toxumların saxlanılması üçün nəzərdə tutulan silo və anbar üçün ayrılmış sahədən ibarətdir. Zavodda toxumun keyfiyyət və məhsuldarlıq parametrləri üzrə müayinə edilməsi üçün müasir standartlara uyğun laboratoriya quraşdırılıb. Emal və ya saxlanc üçün gətirilən toxumların çəkisi 60 tonluq tərəzi ilə müəyyənləşdiriləcək.