Sabirabadda mikroavtobus adam vurdu - Xəstəxanada keçindi


Digərləri 08 İyl 2019 19:02:00 202 0

Sabirabadda mikroavtobus adam vurdu - Xəstəxanada keçindi

Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 7-də saat 14 radələrində Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində İmişli rayon sakini R.Məmmədov idarə etdiyi “Hyundai” markalı mikroavtobusla yolu keçən şəhər sakini Rəvan Babazadəni vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.