Moskvadan Putinin təhqir olunmasına iki sözlük


Dünya 08 İyl 2019 18:53:05 207 0

Moskvadan Putinin təhqir olunmasına iki sözlük

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gürcüstanda müxalif "Rustavi-2" televiziya kanalında yayımlanan "Postskriptum" proqramında aparıcı Giorgi Qabunianın monoloqunda Prezident Vladimir Putin və onun valideynlərinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlətməsinə münasibət bildirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Zaxarova qalmaqala reaksiyasında, sadəcə, iki sözdən istifadə edib.

"Gürcülərin bədbəxtçiliyidir...", - deyə qurum rəsmisi vurğulayıb.

Xatırladaq ki, Gürcüstanın hökumət rəsmiləri baş vermiş hadisəni dövlət əleyhinə təxribat kimi qiymətləndiriblər.