Pirallahıda salınan yeni kompleksdə məcburi köçkünlər üçün püşkatma keçirilib (FOTO)


Digərləri 08 İyl 2019 17:47:00 226 0

Pirallahıda salınan yeni kompleksdə məcburi köçkünlər üçün püşkatma keçirilib (FOTO)

Bakının Pirallahı rayonunda salınmış yeni yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsinə başlanılıb.

Bakı. Bakının Pirallahı rayonunda salınmış yeni yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsinə başlanılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, iyulun 8-də yeni mənzillərə köçürüləcək məcburi köçkünlər arasında püşkatma keçirilib. Püşkatma onların yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə təzə mənzillərinin dəqiq ünvanını müəyyənləşdiriblər. Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın üzvləri, yerli icra hakimiyyəti orqanlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. "Ölkədə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həll olunması istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilir. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində hər il minlərlə məcburi köçkün ailəsi yeni yaşayış sahəsi ilə təmin olunur. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən tədbirlər də mühüm əhəmiyyət daşyır. Qəzalı vəziyyətdəki müvəqqəti yaşayış yerlərində, həyat üçün təhlükəli şəraitdə yaşayan məcburi köçkünlər yeni mənzillərə birinci növbədə köçürülürlər, Dövlət Komitəsindən bildirilib.