Dilarə Röyanı sildi


Şou-biznes 08 İyl 2019 16:54:00 231 0

Dilarə Röyanı sildi

Müğənni Dilarə Kazımova Əməkdar artist Röya Ayxanı İnstaqram-da izləmədən çıxarmasına aydınlıq gətirib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "X maqazin"ə açıqlamasında bildirib ki, aralarında heç bir inciklik yoxdur:

"Orada heç kimi izləmirəm. Böyük bir şirkətlə müqavilə bağladım, bütün sosial şəbəkə profillərimi onlar izləyir. Şərt budur ki, ancaq həmin şirkəti izləməliyəm. Röya Ayxanı çox sevir, mahnılarını bəyənirəm. Sadəcə, şərtlərə əməml etməliyəm. Hər şeyi İnstaqramla ölçməyək, bizim münasibətimiz yaxşıdır. Adamların arasını vurmaq istəyirsinizsə, belə bəhanələr gətirməyin. İnstaqram kiçik söhbətlərdir".