Yekaterinburqda “Azərbaycan Şərab Evi” açılıb


Digərləri 08 İyl 2019 16:15:35 210 0

Yekaterinburqda “Azərbaycan Şərab Evi” açılıb

Rusiyanın Yekaterinburq şəhərində “Azərbaycan Şərab Evi” açılıb.

Bakı. Rusiyanın Yekaterinburq şəhərində “Azərbaycan Şərab Evi” açılıb. Bu, Azərbaycanın xarici ölkədə açılan 3-cü Şərab Evidir. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, “Azərbaycan Şərab Evi”nin açılışında Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev, Rusiya Federasiyasının Sənaye və Ticarət naziri Denis Manturov, Azərbaycan sahibkarları və Rusiyanın şərab satışı ilə məşğul olan şirkətlərinin təmsilçiləri və digər şəxslər iştirak ediblər. Tədbir iştirakçıları “Azərbaycan Şərab Evi” ilə tanış olub, onlara Azərbaycan şərabları barədə geniş məlumat verilib. Şərab Evinin daimi fəaliyyət göstərən sərgisində Azərbaycan şirkətlərinin istehsalı olan 120 çeşiddən çox üzüm və meyvə şərabları, spirtli içkilər, meyvə distillatları və s. təqdim edilir. Şərab Evində nümayiş olunan Azərbaycan məhsulları böyük maraqla qarşılanır.