Əli Babacan hakim partiyanı tərk etdi


Digərləri 08 İyl 2019 15:59:00 188 0

Əli Babacan hakim partiyanı tərk etdi

Türkiyənin keçmiş iqtisadi işlər üzrə keçmiş dövlət naziri və sabiq XİN rəhbəri Əli Babacan hakim Ədalət və İnkişaf Partiyasının sıralarını tərk edib.

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin keçmiş iqtisadi işlər üzrə keçmiş dövlət naziri və sabiq XİN rəhbəri Əli Babacan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sıralarını tərk edib. Trend-in məlumatına görə, o, AKP sıralarını tərk etməsi barədə partiya qurumuna məktub göndərib. Hazırda onun sədrliyi ilə Türkiyədə yeni partiya yaradılacağı barədə xəbərlər yaylıb.