Bakıda tanış qadınla yad kişini görüşdürdü, cinsi əlaqədə olarkən videoya çəkdi, sonra...


Kriminal 08 İyl 2019 16:00:00 246 0

Bakıda tanış qadınla yad kişini görüşdürdü, cinsi əlaqədə olarkən videoya çəkdi, sonra...

Bakıda intim əlaqədə olduğu qadını şantaj etməkdə təqsirli bilinən Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Samir Məmmədov və onun dostu Sadiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, Samir Məmmədov tanışı Sadiq Əliyev və şəxsiyyəti məlum olmayan Sevda adlı qadınla zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup halında birləşiblər.

Əxlaqsız qadını kişi yanına necə saldılar?

Sadiq Əliyev plan üzrə 27 may 2014-cü il tarixdə fahişəliklə məşğul olan Sevda adlı qadın tanışını, sonuncunun internet vasitəsilə tanış olduğu Şahbaz ilə görüşdürüb, qabaqcadan razılaşdırılmış 60 manat müqabilində kirayə tutduğu və əxlaqsız yuvası təşkil etdiyi paytaxtın Nizami rayonundakı mənzildə cinsi əlaqədə olmasını təşkil edib.

Sadiq Əliyev əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya əsasən, Sevda adlı qadın həmin mənzildə Şahbazla cinsi əlaqədə olma prosesini "Fujitsu" markalı noutbuk tipli kompüterin videokamerası vasitəsilə gizli şəkildə çəkib video çəkilişlə müşayiət edilən cinsi əlaqə prosesi başa çatdırıb.

Rüsvayedici hədələr

Daha sonra Sadiq Əliyev mənzilə daxil olaraq Sevda adlı qadınla birlikdə Şahbazı barədə rüsvayedici məlumatları özündə əks etdirən pornoqrafik xarakterli video görüntüləri müxtəlif internet saytlarında, ailə üzvləri və tanışları arasında yaymaqla hədələyib.

Bu hədə ilə o, 10 iyun 2014-cü il tarixədək 500 manat verməsini Şahbazdan hədə-qorxu ilə tələb edib. İyunun 26-da əvvəlcədən razılaşdıqları kimi Sadiq Əliyev qrupun digər üzvü Samir Məmmədov ilə birlikdə cinayət hərəkətlərini davam etdiriblər, tələb etdikləri pulu almaq üçün Şahbazın işlədiyi Səbail rayonu Bibiheybət yolu 68 nömrəli ünvanda yerləşən yağdəyişmə sexinə gəliblər.

Şantaj və həbs

Şahbaz vəd etdiyi 500 manatı vermədiyi üçün haqqında rüsvayedici məlumatları özündə əks etdirən pornoqrafik xarakterli videogörüntüləri yayma hədəsi ilə iyulun 20-ə kimi 600 manat verməsini hədə-qorxu ilə təkrar tələb ediblər. Tələb etdikləri həmin məbləğdən 20 manatı aldıqdan sonra pulun qalan hissəsini iyulun 20-də verməsini bildiriblər.

Bu barədə Şahbaz iyulun 3-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verdiyi ərizəyə əsasən, keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin tarixdə saat 12.40-da Samir Məmmədov və Sadiq Əliyev həbs olunublar.

İstintaq orqanı tərəfindən Samir Məmmədov və Sadiq Əliyevin barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

"Axtarsaq da, Şahbazın işlədiyi yeri tapa bilmədik"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir Məmmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, 2014-cü ilin iyun ayının sonlarında Sadiq ona zəng edib, bir nəfərin pul verəcəyini və ondan qaçdığını, yerini təxmini bildiyini, birlikdə gedərək pulunu almalarını xahiş edib: "Həmin gün günortadan sonra Sadiq ilə Nərimanov parkının yanında görüşdük. Birlikdə avtobusla Bayraq Meydanı yanına gəldik. Axtarsaq da, Şahbazın işlədiyi yeri tapa bilmədik. Sadiq Şahbazın telefonu açmadığından mənim mobil telefonundan zəng vuraraq danışdı. Bundan sonra biz Şahbazın dediyi yerə gəldik".

"20 manat yol pulu verdi"

Samir Məmmədovun sözlərinə görə, orada Şahbazın işlədiyi sexi tapıblar: "Sadiq sexə daxil oldu və sonradan özüm də onun arxasınca ora girdim. Həmin vaxt Sadiq Şahbazdan pulu nə vaxt verəcəyini soruşdu. Bu zaman Şahbaz yasları düşdüyünü və ona görə də gələ bilmədiyini deyərək and-aman etdi. Şahbaz stolun üstünə qoyulmuş dəftərin arasından 20 manat yol pulu Sadiqə verdi".

"Bizə avtomobildə gözləməyimizi bildirdi"

Samir Məmmədov qeyd edib ki, iyulun 3-də, saat 11-12 radələrində Sadiq ona zəng edib: "Biz Qara Qarayev metrosunda görüşdük. Sadiq mənə 15 gün əvvəl pul borclu olan həmin oğlanın işlədiyi sexə gedib, pulunun bir hissəsini qaytarmaq istədiyini bildirdi. O, tək getmək istəmədiyini, mənimlə birlikdə getməyi xahiş etdi. Sadiqin yanında həmin vaxt əvvəllər yanında iki dəfə görüb, tanıdığım Məhəmməd Mehdiyev də var idi. Bu söhbətdən sonra biz Sadiqin təklifi ilə metronun yanında yolun kənarında dayanmış taksiyə əyləşərək, həmin ünvana çatdıq. Sadiq bizə avtomobildə gözləməyimizi bildirdi, tək avtomobildən düşərək getdi. Taksi avtomobilinin sürücüsü, özüm və Məhəmməd Mehtiyev avtomobildə qaldıq".

"Şantaj etdiyindən xəbərim olmayıb"