Onlar üçün ən təhlükəli yer evləridir


Digərləri 08 İyl 2019 15:37:00 228 0

Onlar üçün ən təhlükəli yer evləridir

Türkiyənin "Qadın cinayətlərini durduracağıq" icmasının yaydığı siyahı hər kəsi şoka salıb.

Son.az xəbər verir ki, 2019-cu ilin bu gününədək 214 qadın cinayətə qurban gedib. Bu qadınları 100-ü ailə üzvləri, 63-nünsə naməlum şəxs tərəfindən qətlə yetirildiyi bildirilib. Əsasən, öz evində, küçədə odlu və kəsiçi silahla öldürülən qadınların ilk düşməni həyat yoldaşları, digər ailə üzvlərdir.

İcmadan verilən rəsmi məlumata görə, əldə etdikləri siyahı dəqiq deyil, amma yenə də artıq həyacan təbili çalmağın zamanı gəldiyini sübut edir.

Qeyd edək ki, BMT-nin ötən həftə hazırladığı "Dəişən dünyada ailə" proqramında dünya qadınlarının yüzdə 60-nın ailə problemləri zəminndə qətlə yetirildiyi həqiqətini yayımlayıb. Bu gün ailə daxili şiddət sürətlə artmağa başlayıb. Dilə gətirmək çətin olsa da qadınlar üçün ən təhlükəli yer onların evləridir. (publika.az)