Manturov: "Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artır" FOTO


Digərləri 08 İyl 2019 15:24:00 226 0

Manturov: "Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artır"  FOTO

2019-cu ilin yanvar-mart aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 561 milyon dollar təşkil edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın sənaye və ticarət naziri Denis Manturov Yekaterinburqda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, eyni müddət ərzində Azərbaycandan Rusiyaya ixrac 20 faiz artaraq 150 milyon dollar, idxal isə 7,3 faiz artaraq 412 milyon dollar təşkil edib.

Görüş çərçivəsində Gəncə Avtomobil Zavodu ilə "KAMAZ" şirkəti arasında müqavilə, "ATEF" və "Qruppa Sinara", eləcə də AZPROMO və "Qazprombank" arasında anlaşma memorandumları imzalanıb.


Xəbərə aid fotolar