Bakıda oğul atasına 5 bıçaq zərbəsi vuraraq öldürməyə cəhd etdi


Digərləri 08 İyl 2019 15:11:00 183 0

Bakıda oğul atasına 5 bıçaq zərbəsi vuraraq öldürməyə cəhd etdi

Bakıda oğul atasını öldürməyə cəhd edib.

Bakı. Samir Əli - Bakıda oğul atasını öldürməyə cəhd edib. Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. 1985-ci ildə Gədəbəy rayonunda anadan olan Haqverdiyev Cavid Mübariz oğlu gecə saatlarında Xətai rayonu, R.Məmmədov küçəsi ev 20a, mənzil 7-də yaşayan atası, 1959-cu il təvəllüdlü Haqverdiyev Mübariz Talıb oğlu ilə mübahisə edib. Mübahisə ata-oğul arasında davaya çevrilib. Bu vaxt C.Haqverdiyev mətbəxdən götürdüyü bıçaqla atasına 5 bıçaq zərbəsi endirməklə onu öldürməyə cəhd edib.