Yayın istisində buz kimi taksi FOTO


Digərləri 08 İyl 2019 15:01:00 254 0

Yayın istisində buz kimi taksi  FOTO

Avropada müşahidə olunan kəskin istilərdə müştəri cəlb etmək istəyən taksi sürücüləri maraqlı üsullara əl atırlar.

Son.az axar.az-a istinadən xəbər verir ki, Londonun məşhur taksi xidmətində işləyən sürücülərdən biri idarə etdiyi avtomobili qış ab-havasında bəzəyib. Avtomobilin içini buz dağı şəklində və qalın ağ kürklərlə döşəyib. Sürücü taksidə pulsuz dondurma və sərin içkilər də təklif edir.

Taksinin soyuducu sistemi gün ərzində fasiləsiz olaraq çalışır ki, bu da avtomobilin salonunu sərin, hətta bəzən buz kimi edir. Sürücü bununla son günlər rekord istilər müşahidə edilən Londonda özünə xeyli müştəri cəlb edə bilib.


Xəbərə aid fotolar