Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası işini davam etdirir (FOTO)


Digərləri 08 İyl 2019 14:45:00 178 0

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası işini davam etdirir (FOTO)

İyulun 8-də UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Bakı Konqres Mərkəzində işini davam etdirir.

Bakı. İyulun 8-də UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Bakı Konqres Mərkəzində işini davam etdirir. Trend-in məlumatına görə, iclası açıq elan edən sədr, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev iştirakçılara plenar iclasdan əvvəl keçirilmiş büro iclası barədə məlumat verdi. Bildirdi ki, büro iclasında bu günlər ərzində görülən işlər, qəbul edilən qərarlar müzakirə edilib. Sessiyaya təqdim edilmiş qərar layihələri üzv dövlətlər tərəfindən edilən əlavə və düzəlişlər müzakirə olunaraq gündəliyə daxil edilib. Sonra gündəlik üzrə məsələlərə baxıldı. Keniyanın 2001-ci ildə UNESKO siyahısına salınmış Lamu şəhərinin vəziyyəti ilə bağlı müzakirə edilən qərara düzəlişlərin edilməsi gələn sessiyayadək təxirə salındı. "Tarixi şəhərlərdə turizm" ilə bağlı Beynəlxalq Memarlar İttifaqının (BMİ) Azərbaycanda keçirilmiş konfransında qaldırılan məsələlər barədə iclasda Azərbaycan nümayəndə heyəti məlumat verdi. Bildirdi ki, BMİ bununla bağlı xüsusi təlimat hazırlayır. Sonra ICCROM (Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz) nümayəndəsi hesabatla çıxış etdi. Hesabatda üzv dövlətlər, məşvərətçi orqanlar ilə əməkdaşlığın müsbət təsirindən söz açııdı. Məruzəçi qeyd etdi ki, ekspertlər təbii fəlakətlərin idarə olunması, iqlim dəyişikliyinin Ümumdünya İrs Siyahısına daxil edilmiş təbiət və mədəniyyət abidələrinə təsirini azaltmaq üzərində çalışırlar.