Manturov: Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artır (FOTO)


Digərləri 08 İyl 2019 14:39:00 180 0

Manturov: Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artır (FOTO)

2019-cu ilin yanvar-mart aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 561 milyon dollar təşkil edib

Bakı. Eldar Canaşvili - 2019-cu ilin yanvar-mart aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 561 milyon dollar təşkil edib. Trend-in məlumatına görə, bunu Rusiyanın sənaye və ticarət naziri Denis Manturov Yekaterinburqda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü zamanı deyib. Onun sözlərinə görə, eyni müddət ərzində Azərbaycandan Rusiyaya ixrac 20 faiz artaraq 150 milyon dollar, idxal isə 7,3 faiz artaraq 412 milyon dollar təşkil edib.