İrandan Azərbaycana psixotrop maddələr keçirən şəxs saxlanılıb (FOTO)


Digərləri 08 İyl 2019 14:10:00 151 0

İrandan Azərbaycana psixotrop maddələr keçirən şəxs saxlanılıb (FOTO)

İrandan Azərbaycana psixotrop maddələr keçirən şəxs saxlanılıb

Bakı. Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, şəxsi yoxlama zamanı onun ayağına geyindiyi qəhvəyi rəngli ayaqqabının hər tayının altlığı kəsilərək həmin hissəyə yerləşdirilən şəffaf rəngli sellofona bükülü 2 ədəd bağlamada təqribi çəkisi 380 qram təşkil edən ağ rəngli, kristal şəkilli psixotrop maddə - metamfetamin, 5 ədəd bükümdə isə qəhvəyi rəngli, üzərində "M40" nişanəsi olan 43 ədəd bütöv, 6 ədəd isə parçalar halında olan "metadon" həbləri aşkarlanıb. Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.