Havada olan təyyarədə sərnişin öldü


Dünya 08 İyl 2019 13:57:00 197 0

Havada olan təyyarədə sərnişin öldü

Novosibirsk-Yakutsk reysi üzrə uçan təyyarə məcburi eniş edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, təyyarə göyərtədə sərnişin ölümü ilə bağlı təyinat məntəqəsinə çatmamış Bratsk aeroportunda enib.

"Yakuts" Beynəlxalq Hava Limanından faktı təsdiqləyiblər. Məlumata görə, təyyarə havada olarkən sərnişinlərdən biri özünü piss hiss etdiyini bildirib. Təyyarə enməmiş dünyasını dəyişən xanımın Tacikistan vətəndaşı olduğu bildirilir.

Aeroportdan qadının meyitini morqa həyat yoldaşı aparıb.